İyul 04, 2021 09:16 Asia/Baku
  • 15 erməni diversant 92 min minanın ərazi xəritəsi ilə dəyişdirildi

Rusiyanın vasitəçiliyi ilə 15 erməni hərbçisinin azad edilməsi əvəzində daha iki rayonun mina xəritələri Azərbaycana təhvil verilib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan dövləti Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrini də Azərbaycana verib. Bu xəritələr tank və piyadalar əleyhinə 92 minanı əhatə edir. Azərbaycan tərəfi isə bunun qarşılığında, həbs etdiyi daha 15 ermənini Ermənistana təhvil verib. Bu barədə məlumatı Azərbəycan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Məlumatda deyilir ki, bu mübadilə Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun vasitəsilə baş tutub.

Nazirliyin yaydığı bəyanatda mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edirir.

Beləliklə Ermənistan 3 rayonda (Ağdam, Füzuli və Zəngilan) 189 min mina basdırdığını etiraf edib, xəritələri Azərbaycana təhvil verib, Azərbaycan da Ermənistana 30 erməni əsilli şəxsi qaytarıb.  

 

 

Teqlər