SOCAR-ın fəaliyyəti zərrəbin altında
Dövlt Neft Şirkətinin Azərbaycana ziyan vurduğu iddia olunur
SOCAR yalnız bir ildə Azərbaycana 4 milyard manatdan artıq zərər vurub. AXCP sədri belə bir iddia ilə çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, Əli Kərimli bildirb ki, ölkənin nefti, qazı verilib bu şirkətə. Normal məntiqlə bu zəngin şirkət dövlətə hər il milyardlarla manat fayda verməli idi. Ancaq korrupsiya imkan vermədi.
Partiya sədrinin iddiasına görə, dünyanın hər yerində SOCAR-ın hesabına 100-lərlə yanacaqdoldurma məntəqələri alınıb. Şirkət Azərbaycan xalqının burada ehtiyac içindəykən Monteneqroda turizmin inkişafına 100 milyonlarla avro xərcləyib. Rövnəq Abdullayev SOCAR-ı qohumlarının şirkətinə çevirib. Ölkənin neft və qazı hesabına alınan 100-lərlə villalar, ən bahalı maşınların kolleksiyası, bahalı yaxtalar, dünyada futbul, cüdo yarışlarına sponsorluqlar və israfçılıq əlbəttə ki, SOCAR-ı müflis edəcəkdi. Budur ağır nəticələr: təkcə 2020-ci ildə SOCAR 1.7 milyard manat zərər edib. Bununla yanaşı
SOCAR 2020-ci ildə Dövlət Neft Fonduna ödəməli olduğu 2 milyard 960 milyon manatı ödəməyib. SOCAR Dövlət İnvestisiya şirkətinə də 175 milyon manat borclu qalıb.