Əli Əliyev etiraz edir
Siyasi partiyanın lideri müxaliflətçilərə qarşı ağır məhkəmə qərarlarından narazıdır
Azərbaycan Respublikasının "Vətəndaş və İnkişaf" Partiyasının sədri deyib: "Niyə Azərbaycan Respublikası məhkəməsi terrorizmdə ittiham olunan erməni hərbçilərinə çox yüngül və 6 ay həbs cəzası verdi, amma siyasi müxalifət üçün uzunmüddətli həbs cəzaları verir?
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının "Vətəndaş və İnkişaf" Partiyasının sədri Əli Əliyev "Osmanqızı TV" kanalı ilə müsahibədə deyib: "Ermənistanın terrorçu hərbçilərinə olunan mərhəmət və verilən hökmün siyasi bir hökm olduğu tamamilə aydındır və Azərbaycan Respublikası məhkəmələrindəki vəziyyəti də açıq şəkildə göstərir; Hansı ki, qanuna baxmadan və haqq və ədalətdən uzaq hökm çıxarırlar".
Partiya sədri əlavə edib: "Ermənistan tərəfindən Azərbaycan Respublikası hökumətinə təhvil verildiyi iddia edilən minaların ərazi xəritəsinin nə dərəcədə doğru olduğu və nə dərəcədə buna ehtiyac olduğu məlum deyil. Cəbrayıl və Zəngilan rayonlarında dövlət məmurları tərəfindən maddi mənfəət əldə etmək üçün becərilən geniş ərazilərdə niyə mina partlamır, amma insanlar bu bölgələrdəki şəhər və kəndlərindəki evlərinə qayıtmaq istədikdə onları minalardan qorxudurlar?"
"Vətəndaş və İnkişaf" Partiyasının sədri baş verənlərin məqsədyönlü olduğunu xatərladıb. "Bu siyasi oyunlar Azərbaycan Respublikası xalqının ruhiyyəsini sarsıtmaq məqsədi daşıyır və bu hərəkətlər hökumətin Azərbaycan Respublikasının qələbə çaldığına və Qarabağ münaqişəsinin həll olunduğuna dair iddialarının məntiqli davamı sayıla bilməz", - deyə Əli Əliyev qeyd edib.
Partiya sədri əlavə edib: "Necə olur ki, "qalib tərəf" əsirlərini tələb etmədən birtərəfli qaydada düşmən tərəfinin əsirlərini düşmən ölkəyə qaytarır?!"