Qapalı yerlərə giriş üçün COVID-19 pasportu tələb olnacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i379450-qapalı_yerlərə_giriş_üçün_covid_19_pasportu_tələb_olnacaq
Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 26, 2021 11:22 Asia/Baku
  • Qapalı yerlərə giriş üçün COVID-19 pasportu tələb olnacaq

Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək.

Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.

Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. İctimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzləri qapalı məkanlar kateqoriyasına daxildir.