Azərbaycanın sabiq Xarici işlər naziri həyəcan təbili çaldı
Tofiq Zülfüqarovun: “Müharibənin yenidən başlayacağını istisna etmirəm””
Kəlbəcər sərhədində vəziyyətin gərgin olaraq qalması ilə Azərbaycanın sabiq xarici işlər naziri müharibənin yenidən alovlana biləyəcəyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Tofiq Zülfüqarov Yeni Sabah Portalı ilə müsahibədə deyib ki, əgər Ermənistan bəzi məsələlərdə öz mövqeyindən çəkinməsə, irimiqyaslı olmasa da, hansısa şəkildə hərbi əməliyyatların bərpası mümkündür.
Kəlbəcər sərhədində yaşanan qanlı olayların səbəsini şərh edən sabiq XİN başçısı qeyd edib ki, ermənilər bu təxribatlarla hansısa beynəlxalq qüvvələri bölgəyə cəlb etmək istəyir. Rusiya onlara bəs etmir, çünki artıq Rusiyaya inanmırlar. Bu səbəbdən qərbdən olan hansısa müşahidəçiləri bölgəyə gətirmək niyyətindədirlər. Digər tərəfdən burada məsələ təkcə Azərbaycana qarşı deyil. Hər şey Qərb və Rusiyanın maraqlarının Ermənistanın siyasi arenasında toqquşmasının əksidir.