Avq 03, 2021 11:51 Asia/Baku
  • İsrail Azərbaycandan neft alır, əvəzində ona

Araşdırmaçıların və qəzetçilərin ortaya çıxardığı “Pegasus” fenomeni qlobal skandala səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, azərbaycanlı ekspert Məmməd Talıblı Turan Xəbər Agentliyi üçün yazdığı məqalədə bildirir: Əslində avtoritar hökumətlər bu proqram vasitəsilə dünyada bir çox mütərəqqi insanların daxili sirlərini öyrənməklə məşğul olub. Bu proqram vasitəsilə NSO şirkəti Azərbaycanda 1038 nəfərin bütün telefon danışıqlarını, yazışmalarını və hərəkət trayektiyalarını tamamilə nəzarətdə saxlayamağa nail olmuşdur. Bunların içərisində 600 nəfər siyasətçinin, 189 nəfəri media təmsilçisinin telefonları və yazışmaları tam nəzarətdə olmuş və 50 mindən artıq kontakt şəxslər müəyyənləşmişdir. 

Müəllif qeyd edir ki, “Pegasus” vasitəsilə İran, Rusiya və Türkiyənin dövlət başçılarının telefonları da izlənilən şəxslər sırasında yer alıb. Bu proqramın dinlədikləri şəxslər sırasında Fransa prezidenti Makron da var imiş. Bəzi dövlətlər isə bu imkanlardan başqa cür istifadə ediblər. Öz ölkə vətəndaşlarını yox, düşmən dövlətin casus şəbəkəsini və ya onlara qarşı planlaşdırılan tədbirlərdən agah olması üçün istifadə ediblər. Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyi və Azərbaycan kimi dövlətlər isə öz vətəndaşlarının müxalif düşüncəli insanlarının baxışlarını dəqiqləşdirmək və onlara qarşı önləyici tədbirlər görmək üçün bu proqramdan istifadə edib. Casusluq proqramını yaradan şirkətin təkcə 2020-ci ildə 243 milyon dollar gəliri olmuşdur.

Maraqlıdır ki, İsrailin özü belə “Pegasus”u bir casus silahı kimi qiymətləndirib. Ona görə “Pegasus” proqramını şirkət özəl subyektlərə deyil, yalnız dövlətlərə satıb. Texnoloji imkanlarının genişlənməsi və dövlətlərin bu proqrama artan maraqların nəzərə alanda məlum olur ki, şirkət Azərbaycan dövləti ilə 1038 nəfəri izləmək üçün aralarında olan müqaviləni daha baha qiymətə razılaşdırıb.

Məmməd Talıblı sonra yazır: İsrail neft tələbini hər hansı resurs ölkəsi olan ərəb dövlətlərindən deyil, Azərbaycandan alır. İsrail neftlə bağlı məcmu tələbinin 40%-i BTC marşrutu vasitəsilə Azərbaycandan idxal edir. 2025-ci ilə qədər bu nisbətin 50%-ə qədər artırılacağı hədəflənir. Deməli, neftimizi satıb onun əvəzində vətəndaşlarımızı dinlətmək üçün böyük miqyasda 100 milyonlarla dollar səviyyəsində vəsaitlər həmin ölkənin şirkətinin hesabına köçürülüb.

Yeri gəlmişkən “Pegasus” proqramının adı ilk dəfə olaraq 2018-ci ildə Türkiyədə səfirliklərdən birində olan qətl zamanı keçmişdir. Belə ki, həmin il Səudiyyə Ərəbistanının jurnalisti olan Camal Qaşıqçının öldürülərək tikələrinin çamadanlara yığılması zamanı bu proqramdan istifadə olunması qeyd olunmuşdu.

Əslində bu özəl həyata müdaxilə olmaqla, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Daha konkret desək, bu insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 18-ci maddəsinin məqsədli şəkildə pozulmasıdır.

Teqlər