Avq 04, 2021 14:44 Asia/Baku
  •  Azərbaycan Respublikasında meşə yanğınları nəzarətə alınıb

Yardımlı və Lənkəranda meşə sahələrində yanğınların söndürülməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.

SəhərAzəri-nin Oxu.Az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, İlkin məlumata görə, Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğının əhatə etdiyi ərazi 10 hektara yaxındır.

Firuddin Əliyev artıq bir neçə gündür, Yardımlı və Lənkəranda meşə sahələrində yanğınların başladığını xatırladaraq deyib: Yanğınların söndürülməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir. Onun sözlərinə görə, ərazidə əsasən kol, xırda ölçülü bitkilər yanıb:

Nazirlik rəsmisi yanğınların artıq lokallaşdırıldığını və Hirkan Milli Parkının sərhəd hissəsində baş vermis yanğının artıq söndürüldüyünü deyib və dəymiş ziyan barədə ətraflı məlumat veriləcəyini qeyd edib.

Turan xəbər agentliyi isə Bir gün əvvəl qonşu Yardımlı rayonunda başlayan yanğının söndürülməsi üçün FHN-in şəxsi heyəti, Ekologiya Nazirliyinin əməkdaşları və yerli sakinlər tərəfindən səylərin davam etdiyini bildirib.

Teqlər