Avq 11, 2021 12:20 Asia/Baku
  • Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs pozulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu günün ilk saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun kəlbəcərdəki mövqelərini atəşə tutmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin məlumatında deyilir: Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Məlumatda Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığı bildirilir.  

 

Teqlər