Avq 15, 2021 19:36 Asia/Baku
  • Əfqanıstandakı azərbayanlı hərbçilərdən nə xəbər?

Taliblərin Kabilə daxil olması xəbərləri Azərbaycan Respublikasında fərqli formada qarşılanır. Ona görə ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etmələrinə rəğmən hələ Azərbaycan Respublikasının 120 nəfərlik hərbi heyəti bu ölkədən çıxarılmayıb.

SəhərAzəri- Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Hazırda bu ölkədə Azərbaycanın 120 sülhməramlısı var.

Hələ may ayında Taliblər Əfqanıstanda irəliləməyə başlayrarkən Azərbaycanın bu ölkədəki hərbçilərinin çıxarılacağı barədə qeyri rəsmi məlumatlar yayılmışdı. Ancaq Türkiyə Kabil hava limanının təhlükəsizliyi missiyasını öz üzərinə götürdükdən sonra, azərbaycanlı hərbçilərin də həmin missiyaya qatılacaqları bildirilid.

İndi Kakbilin tamamiylə taliblərin nəzarətinə keçməsi ərəfəsində , Axar.az xəbər portal naməlum hərbi mənbələrə istinadla bildirib ki, azərbaycanlı sülhməramlılar Türkiyə hərbçiləri ilə birlikdə Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər.

 

 

Teqlər