Avq 16, 2021 12:57 Asia/Baku
  • Rusiya Dağlıq Qarabağı müstəqilləşdirir

Azərbaycanlı ekspert Qubad İbadoğlu Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib.

 SəhərAzəri-nin məlumatına əsasən, ekspert bildirib ki, Rusiya atəşkəsin pozulmasını "Dağlıq Qarabağın silahli birləşmələri" ilə Azərbaycan Ordusu arasında atışma kimi təqdim etməklə Dağlıq Qarabağı müstəqilləşdirir və legitimləşdirir.

Qubad İbadoğlu bunun üçün bir sıra faktları ortaya qoyub, bildirib ki, Ağdərədə rus "sülhməramlıları" "Dağlıq Qarabağın silahli birləşmələri" nə minatanlardan hədəfi vurmağı öyrədir və onlara hərbi təlimlər keçir. Qarabağda Şuşanın 37 kəndindən yalnız biri - Daşaltı - Azərbaycan ordusunun nəzarətindədir. Laçın rayonunun əsas hissəsi hələ də rus "sülhməramlıları"nın və ermənilərin ixtiyarındadır. Laçın dəhlizi 300 min kvadrat metr ərazimizin itirilməsinə gətirib çıxarır, Zəngəzurdan isə 10 metr enində yol belə vermək istəmirlər. Azərbaycanda su ehtiyatları dövlət mülkiyyətində olduğu halda Sərsəng su anbarında şirkətlər xüsusi mülkiyyət hüququ əsasında bizneslər qurur. Serj Sarkisyan və Bako Saakyan öz “döyüş yoldaşları” ilə Xocavəndə səfər edir.

 

Teqlər