İlham Əliyev:
Azərbaycan Respublikası beynəlxalq məhkəmələrə müraciət edəcək
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı çıxışında azad olunmuş ərazilərdə, dəymiş bütün ziyanların hesablandığını bildirib və deyib: “ Azad edilmiş bütün torpaqlarda dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik.
SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyev işğal dövründə ermənilərin Azərbaycan ərazilərinə vurduğu ziyanları sadalayaraq deyib: Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər”
Azərbaycan Respublikası prezidenti işğal dövründə Azərbaycanın yeraltı sərvətlərinin istismarı ilə məşğul olan, xüsusiylə Kəlbəcərdə, Söyüdlüdə, Zəngilanda və Vejnəlidəki qızıl yataqlarını istismar edən qərb şirkətlərinin də beynəlxalq məhkəməyə veriləcəyini bildirib.
Artıq məhkəmə prosedurlarının başladığını qeyd edən Azərbaycan Respublikası prezidenti bildirib ki, tanınmış beynəlxalq hüquq şirkətləri bu işə cəlb olunub və indi məhkəmə işləri hazırlanır.
İlham Əliyev həmin şirkətləri təzminat ödəməyə çağıraraq deyib: “ Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər”.