Sülhməramlıların separatçılarla ünsiyyəti artır
Sosial şəbəkələrdə Azərbaycan Respublikası ərazilərinin bir hissəsinə nəzarəti öz əlinə almış Rusiya hərbçiləri ilə separatçı rejim arasındakı ünsiyyəti əks etdirən bir fotoşəkil ciddi narazılıqlara səbəb olub.
Belə ki, rus sülhməramlısı əlində qondarma rejimin “bayraqları” olan uşaqla şəkil çəkdirib.
Rusiya sülhməramlılarının nəzarətinə verilən Azərbaycan Respublikası torpaqlarında separatçı qondarma rejim öz fəaliyyətini son 30 ildə olduğu kimi davam etdirməkdədir.
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri Qondarma Dağlıq Qarabağ Respublikası adlanan qurumun bayrağı altında idarə olunur. Rusiya sülhməramlıları da öz fəaliyyətlərini həmin qurumla koordinasiya edirlər.
Sosial şəbəkələrdə Rusiyalı sülhməramlılarla yerli sakinlər eləcə də qondarma rejim başçıları arasında yaxın əlaqələri əks etdirən fotolar vaxtaşırı olaraq yayılmaqdadır.