İranla sərhəd bölgəsində meşə yanğını baş verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i380377-İranla_sərhəd_bölgəsində_meşə_yanğını_baş_verib
Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınlar başlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Avq 23, 2021 09:25 Asia/Baku
  • İranla sərhəd bölgəsində meşə yanğını baş verib

Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınlar başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədi ilə yanğınsöndürənlər cəlb edilib.

Məlumatda deyilir ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.