Avq 26, 2021 10:35 Asia/Baku
  • Özünü İmam Mehdi adlandıran şəxs dələduzluq edib

Fırıldaqçı bir şəxsin özünü İmam Mehdi adlandırması və bu xəbərin mediada tirajlanması Azərbaycan cəmiyyətində dini inancın təhqir olunması kimi qiymətləndirilir.

SəhərAzəri-nin verdiyi məlumata görə, bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Aqil Babayevin 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər.

Bunun ardınca nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Müttəhim barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə isə baş verənlərin şübhəli olduğu deyilir. Əsas təəssürat belədir ki, müəyyən qüvvələr İmam Mehdi (ə)-ı gözdən salmaq istəyir! Həm də din və dindarlara zərbə vurmaq istəyirlər! İmamı tanımayanlara isə göstərmək istəyirlər ki, Zühur məsələsi yalandı! Başqa bir məsələ isə budur ki, cəmiyyətdə fəal iştirak edən kasıb və fəqir xalqa xidmət göstərən kəsləri ləkələməklə sıradan çıxartsınlar!

Azərbaycan İslam Partiyasının funksioneri Hacı Elyar Nəzərov Səhər TV-yə verdiyi müsahibədə bu kampaniyanın arxasında Məhdəviyyət məsələsi ilə ziddiyyətin dayandığını bildirdi.

 

Teqlər