Avq 31, 2021 17:14 Asia/Baku
  • İrana qarşı dezinformasiyalar; mərkəz və icraçılar

Pərçəm qalmaqalı, Şeyxül-islam Paşazadənin bəyanatı, yük maşınları olayı, ehsan yeməyinə hücum və nəhayət Qum tələbələrini təhqir kimi kampaniyalar Azərbaycan Respublikası mediaları tərəfindən sadəcə 20 gün ərzində İrana qarşı həyata keçən dezinfarmasiyaları təşkil edir.

SəhərAzəri-nin verdiyi məlumata görə,Feyk məlumatlar əsasında tamamiylə məqsədyönlü şəkildə, İran-Azərbaycan əlaqələrini,Azərbaycan Respublikası ümumi fikrində İranın yüksək mövqeyini, islami dəyərləri və ortaq bağları hədəfə alan bu kimi dezinformasiyaların mütəşəkkil formada həyata keçdiyi tamamiylə göz qabağındadır.

Metod isə belədir: Hansı sa bir veb səhifəsində bir anti-İran material dərc olunur, öncədən koordinasiya edilmiş formada həmin material dərhal 1-ci veb səhifəsinə istinadla digər portallardan yayımlanır, Sosial şəbəkələr üzərində də paralel şəkildə paylaşdırılır və qısa zamanda ölkənin gündəminə çevrilir.

İşin gedişatı göstərir ki, butün bunlar vahid mərkəzdən istiqamətləndirilməlidir çün ki, hamısında eyni xətti və oxşar prossesi müşahidə etmək mümkündür.

Bəzi iddialara görə, Azərbaycan Respublikasında İran əleyhinə yaradılmış dezinformasiya mühitinə “Global Media Qroup” adlı şirkət nəzarət edir. Həmin şirkətin Socar tərəfindən maliyyələşdirildiyi deyilir. Haber Global, Oxu.az, Ölkə.az, Media.az, Azxeber.com, Baku.Tv kimi saytların hamısı bu şirkətə məxsusdur.

Sosial şəbəkənin gündəminə istədiyini daxil etmək və hansısa mövzunu “Azərbaycan mediası” mövzusu səviyyəsinə qaldırmaq imkanlarına malik olan belə bir şirkət kimlərinsə maraqları naminə Azərbaycan Respublikasının milli mənafeyinə zərbə vurmağı bacarırsa deməli artıq təhlükə siqnali səslənmişdir.

Teqlər