Sen 01, 2021 12:55 Asia/Baku
  • Azərbaycanlı siyasətçi Amerikanın tənəzzülə uğradığını deyir

ABŞ-ın daxili və xarici siyasətdə böhranlı vəziyyətlə üzləşməsi günümüzün reallığıdır. Azərbaycanlı siyasətçi belə deyir.

SəhərAzəri-nin verdiyi məlumata görə, siyasi şərhçi Ərəstun Oruclu ABŞ-da gedən siyasi, iqtisadi və sosial proseslərin imperiyanın çökmə prosesi kimi dəyərləndirilməli olduğunu vurğulayıb.

Politoloq Poliqon portal ilə müsahibədə deyib: “Bu gün ABŞ-ın daxili və xarici siyasətində böhran yaşanır. Əfqanıstan məsələsi də bu böhranın yalnız görünən tərəfidir, çox cuzi bir hissəsidir”.

Onun sözlərinə görə, ABŞ dünyada çoxqütblülük yaradan güc deyil.

ABŞ-da artıq sistem böhranının yaşandığını vurğulayan siyasi şərhçi bildirib ki, bu çöküş artıq özünü iqtisadiyyatda, siyasətdə, daxili sosial durumda və bir çox amillərə göstərir. O cümlədən ABŞ-da yaşanan böhran vəziyyət özünü beynəlxalq tərəfdaşlıqda da göstərir.Hal-hazırda dünyada ABŞ, Rusiya və Çin qlobal güclər sayılırlar və dümək olar ki, təkqütblü sitem iflasa uğrayıb. Artıq demək olar ki, bu gün ABŞ-ın iqtisadi vəziyyəti çox ürəkaçan deyil və ABŞ iqtisadi hegemon simasını sürətlə itirir. Hətta texnoloji və bir çox sahələrdə artıq Çin ABŞ-ı önləyir.

Qeyd edək ki, son illər bir çox Qərb analitikləri Amerikanın bir imperiya olaraq çökmə mərhələsində olduğunu yazırlar. ABŞ-ın Əfqanıstandan tələsik çıxmasından sonra isə Amerikan imperiyasının çöküşünün qarşısı alınmaz prosesə çevrildiyini iddia edənlərin sayı hədsiz artıb.

 

Teqlər