"Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib +VİDEO
https://azeri.sahartv.ir/news/azərbaycan-i380782-qarabağ_təyyarəsi_füzuli_beynəlxalq_hava_limanında_ilk_eniş_edib_vİdeo
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 05, 2021 09:13 Asia/Baku

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu günna eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, bu hava limanı Qarabağa hava qapısı olacaq. Hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. 

Onun sözlərinə görə, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib.

Qeyd edək ki, president İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.