Türkiyə və AR ordu başçıları görüşüblər
Dünən Ankarada görüşən Türkiyə və Azərbaycan Respublikası ordularının baş qərargah rəisləri ikitərəfli həmkarlıqlar barədə məşvərət ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə ordusunun baş qərargah rəisi general Yaşar Gülər Azərbaycan Respublikası ordusunun baş qərargah rəisi general Kərim Vəliyevlə görüşdə onunla birgə iki ölkə arasındakı hərbi əlaqələrin genişləndirilməsi və Türkiyə istehsalı olan hərbi silahların satışı yollarını araşdırıb.
Belə bir halda, bu görüşlə bir zamanda Bakıda «Üç qardaş-2021» adı altında Türkiyə, Azərbaycan Respublikası və Pakistanın birgə təlimləri başlanıb.
Bu birgə təlimlər sentyabrın otuzunadək davam edəcək.
Türkiyə və Azərbaycan Respublikası hərbi qüvvələrinin ötən illərdəki, xüsusən son Qarabağ müharibəsindən sonrakı həmkarlığı nəzərəçarpacaq dərəcədə artıbdır.