Sen 22, 2021 12:08 Asia/Baku
  • ABŞ Qarabağda vasitəçilik səylərini fəallaşdırmaq istəyir 

ABŞ rəsmisi bildirib ki, ABŞ Qarabağda vasitəçilik səylərini fəallaşdırmaq istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Dövlət Departamentinin yüksək vəzifəli məmuru çərşənbə axşamı telekonftans vasitəsilə jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında sülh və barış danışıqlarına dəstək vermək üçün "yardım etməyə hazırdır" və Vaşinqton hər iki tərəfiə "eyni təklifi" etməyi planlaşdırır.

ABŞ rəsmilərinin sözlərinə görə, bu məsələ çərşənbə axşamı keçirilən görüşdə dövlət katibi Entoni Blinken və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında da müzakirə olunub.

Hökumət rəsmisi xatırladıb ki, Vaşinqton "saxlanılanların bəzisinin azad edilməsi üçün ermənilərin azərbaycanlılara verdikləri minalanmış ərazilərin xəritələrinin” mübadiləsində iştirak edib.

"İndi sual yaranır, ABŞ-ın, Minsk Qrupunun digər ölkələrinin və Türkiyənin dəstəyilə sülh və barış prosesinə yol açmaq üçün iki ölkə arasında həm sərhəddə, həm məhbuslara münasibətdə, həm də qalan minalarla bağlı gərginliyin azaldılmasına yardım etmək üçün daha çox iş görmək mümkündürmü?" deyə o vurğulayıb. 

çərşənbə axşamı dövlət katibinin müavini Viktoriya Nuland Qarabağ münaqişəsini və digər mövzuları müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə isə deyib: "Vaşinqton Qafqazda dinc nizamlanmanın axtarışında fəal iştirak etməyə çalışır. Biz tərəqqini, o cümlədən Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə regionda sülhə və sabitliyə yardım etmək, saxlanılan şəxslərin azad edilməsi, minalardan təmizlənmə və siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyirik."

Qeyd edək ki, Amerika dövlət başçısı Co Bayden dünən Ermənistan prezidentinə yazdığı məktubda xüsuai olaraq Qarabağ məsələsinə toxunub və yazıb: “Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik”.

Azərbaycan ATƏT Minsk Qrupunun öz fəaliyyətini bərpa etməsinin qəti əleyhinədir. 

Teqlər