Azərbaycanın işğaldan azad edilmiş bölgələrində mina axtarışı davam edir
Zərərsizləşdirilmiş mina və döyüş sursatları barədə yeni rəqəm açıqladı
Azərbaycan Respublikasında azad edilən ərazilərdə 16000-dən çox mina və partlamamış döyüş sursatı məhv edilib.
SəhərAzəri-nin məlumatına əsasən, işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Bildirilir ki , avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir.
Bütövlükdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Nəticədə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.