İsrail rejiminin Azərbaycana təhlükəsi barədə xəbərdarlıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i381564-İsrail_rejiminin_azərbaycana_təhlükəsi_barədə_xəbərdarlıq
Azərbaycan Respublikasının şücaətli qadınları ərbəin günündə Qarabağ müharibəsi şəhidinin məzarı üstündə sionist rejimin təhlükəsi barədə xəbərdalıq ediblər
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 28, 2021 15:16 Asia/Baku
  • 27 sentyabr
    27 sentyabr

Azərbaycan Respublikasının şücaətli qadınları ərbəin günündə Qarabağ müharibəsi şəhidinin məzarı üstündə sionist rejimin təhlükəsi barədə xəbərdalıq ediblər

27 sentyabr ərbəin günündə 2-ci Qarabağ müharibəsi şəhidi  Göyçayda dəfn edilən Dəmirov Ədalət Nüsrət oğlunun yaxınları onun məzarını ziyarət edərkən azərbaycanlı xanımlar Azərbaycanda fitnə törətmək istəyənlərə qarşı hamını ehtiyatlı olmağa çağırıblar. 
Xanımlardan biri deyib: “Hər birimizin susmağı Azərbaycanımızın başına bəladır. Hamı bilsin ki, İsrail döyüş vaxtı Ermənistana da silah verib. Bizim əsgərlər onların silah anbarlarında “Spike” tapmışdı, bu İsrailin silahıdır.
Sionist rejimin təhlükəsi barədə xəbərdarlıq edən xanımlar buna görə zindana getməkdən və şəhid olmaqdan da qorxmadıqlarını bildiriblər. 
Deyilənlərə görə sionist rejimin təhlükəsi barədə xəbərdalıq edən azərbaycanlı xanımlar DTX-yə çağırılıblar