İlham Əliyev
Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik
Azərbaycan Respublikası prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən Ermənistanla əlaqələr qurmaq istəyindən söz açıb.
SəhərAzəri-nin məlumatına əsasən,İlham Əliyev deyib: “Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik.”
Azərbaycan Respublikası prezidenti sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirərək deyib: Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər.
İlham Əliyev Cənubi Qafqazda vəziyyətin son 30 il ərzində olmadığı yeni bir miqyas ala biləcəyindən danışıb. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”.-deyə bildirib.