Azərbaycan R. Pakistandan qırıcılar almaqda maraqlıdır
Azərbaycan Respublikası Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib. O, söhbətin “Block 3” modifikasiyasından getdiyini qeyd edib.
Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin hərbi attaşesi bu ölkənin öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.
Azərbaycan Respublikası və Pakistan rəsmiləri bu sahədə daha artıq əməkdaşlıq etməyə maraqlıdırlar.
Bu qırıcı-bombardmançı təyyarə Çin və Pakistanın birgə məhsuludur. Onun hər birinin qiyməti 25 milyon dollardan yuxarı elan olunub.
Bundan öncə Azərbaycan Respublikasında «Haqqın.az» informasiya saytı xəbər vermişdi ki, Bakı son vaxtlar öz hava qoşunlarındakı Miq-29 qırıcıları üçün sionist rejim istehsalı olan hava-hava tipli raketlər alıbdır.