Noy 05, 2021 14:32 Asia/Baku
  • Amnistiya aktı 16-17 min şəxsi əhatə edəcək

Bu gün Azərbaycan Respublikası parlamentinin plenar iclasında "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib. Siyasi və inanc məhbusları amnistiyaya şamil olacaqmı?

SəhərAzəri-nin məlumatına əsasən,Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktıdır: "Aminstiya aktı təxminən 16-17 min şəxsi əhatə edəcək. Bu, ən böyük aministiya qərarıdır. Bunun icra müddəti 4 ay olacaq".

Müzakirələrdən sonra “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Qərar layihəsinə görə amnistiya tətbiq edilən şəxslərin dairəsinə vətən müharibəsində iştirak etmiş şəxslər, habelə bu müharibədə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; vətən müharibəsi ilə bağlı Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər; vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hücumları nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları; Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

1.5. 1948–1953-cü və 1988–1992-ci illərdə Ermənistandan deportasiya olunmuş şəxslər;

1.6. 1988–1993-cü illərdə öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

1.7. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları; SSRİ tərkibindəki dövrün döyüşlərində və əməliyyatlarında iştirak etmiş şəxslər və onların qohumları, eləcə də

böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər; müəyyən şərtləri təmin edən qadın məhbuslar, inzibati zəmində həbs edilmiş hərbçilər və sayirə…daxildir.

Qərarda öz əksini tapan şərtlərlə siyasi və inanc məhbuslarının da əfv fərmanına şamil olub olmayacaqları bəlli deyil.

Teqlər