Noy 16, 2021 16:38 Asia/Baku
  • 6 erməni hərbçi əsir götürülüb-TƏCİLİ

Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı hücumlar həyata keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan ordusu Laçın rayonunda yerləşən bölmələri müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb, bunun ardınca Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.

Müdafiə Nazirliyi bildirir ki, Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə qəfil hərbi əməliyyata başlayıblar.

Bu məlumata əsasən, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Sonra isə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Ermənistan mənbələri sərhəd bölgəsinə əlavə qüvvələrin göndərildiyini və aviasiyadan başqa, bütün silah növlərindən istifadə olunduğunu bildirir. Ermənistan mənbələrinin məlumatına görə, döyüşlər Qaragöl yaxınlığında 3000 metrə yaxın yüksəkliyi olan dağlardakı iki post uğrunda aparılır.

Ermənilər həmçinin altı hərbiçilərinin əsir düşdüyünü bildirirlər.

Teqlər