Noy 17, 2021 12:23 Asia/Baku
  • Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, dünən Ermənistanla Azərbaycan sərhəddində baş verən toqquşmalarda 7 azərbaycanlı hərbçi şəhid olub, 10 hərbçi isə yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyi həmçinin bildirib ki, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan məlumatda deyilir: “Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.”

Məlumatda yaranmış gərginlik və qarşıdurmaya görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

 Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin mediaya açıqlamasında isə deyilir: "Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaqdır."

Ermənistanın Müdafiə Nazirliyindən isə bəyanat yoxdur və sərhəd doyüşləri ilə bağlı məlumatı bu ölkənin parlamenti verib.

Rusiyanın İnterfoks Xəbər Agentliyi Ermənistan Parlamentinə istinadla dünən Ermənistanla Azərbaycan Respublikası arasında gedən sərhəd döyüşlərində 15 erməni hərbçinin həlak olduğu, 12 hərbçinin isə Azərbaycan tərəfindən əsir götürüldüyünu bildirib. Erməni yaralıların sayı barədə isə hələ məlumat yoxdur.

Teqlər