Noy 18, 2021 11:44 Asia/Baku
  • Ermənistan Rusiyanı seçim qarşısında qoyur

Azərbaycanın sabiq xarici işlər naziri ermənilərin son təxribatlarla Rusiyanı seçim qarşısında qoyduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Tofiq Zülfüqarov Teleqraf Xəbər Portalı ilə müsahibədə deyib: “Başda Paşinyan olmaqla əksər siyasi fiqurlar Qərbdən daha çox yardım umur və onların tərəfindən bu cür mövqelərin olması Rusiya üçün də bir növ sınaq kimi qəbul edilir. Əslində ermənilərin yanaşmaları odur ki, Rusiya bizə kömək etməlidir. Kömək etməsə, biz Qərbə üz tutacayıq. Hazırda erməni cəmiyyətində məhz bu cür ritorika hökm sürür.”

Politoloq əlavə edib ki, Ermənistanın təxribatının başlıca məqsədi həmçinin bura hansısa xarici qüvvələri cəlb etməkdir. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya əsasən sülhməramlıların missiyası sərhəd xətlərinə aid edilməyib. Ona görə də Ermənistan istəyir ki, öz siyasətini yeni şəraitdə davam etdirsin.

Onun sözlərinə görə, Paşinyanın istəyi odur ki, Azərbaycanla sərhəd xəttinə hansısa bir Qərb tərəfdən olan qüvvələrin yerləşməsi təmin olunsun. Sözsüz ki, o bu cəhdi alınmasa, rus qüvvələrinin yerləşməsini də özləri üçün sərfəli hesab edir.

Teqlər