Zəngəzur dəhlizinin Azərbaycana verilməsi real deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i383321-zəngəzur_dəhlizinin_azərbaycana_verilməsi_real_deyil
Azərbaycan Respublikasının sabiq millət vəkili bildirib ki, Zəngəzur dəhlizinin ermənilərdən alınması prinsipcə mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2021 08:45 Asia/Baku
  • Zəngəzur dəhlizinin Azərbaycana verilməsi real deyil

Azərbaycan Respublikasının sabiq millət vəkili bildirib ki, Zəngəzur dəhlizinin ermənilərdən alınması prinsipcə mümkün deyil.

SəhərAzəri-nin məlumatına əsasən, keçmiş deputat Nazim Bəydəmirli bunun konkret səbəbi barədə öz Facebook paylaşımında yazır:

"Zəngəzur koridoru, türk birliyi və s." məsələsini ortalığa atıb vətəndaşların beyinlərini qarışdıranlar çox gözəl bilirlər ki, beynəlxalq hüquqa görə Ermənistan ərazisindən hər hansı bir koridorun ayrılması mümkünsüzdür, bu məsələ ancaq erməni xalqının və parlamentinin verəcəyi qərara bağlıdır.

Sabiq millət vəkili qeyd edib:"Ermənilər Azərbaycan kimi davranmayacaqlar, biz öz suveren ərazimizdən 5 km enində nəzarətsiz "Laçın koridoru"-nu rus-erməni birliyinə boxçada bərli bəzəkli şəkildə təhvil verdik, həm də öz vəsaitimiz hesabına tikmək şərti ilə..."

Yazının sonunda deyilir: "Təbii ki, bütün bu məsələlər vətəndaşların ciddi sosial-iqtisadi çətinliklərdən fikirlərini yayındırmaq və yavaş-yavaş Rusiya işğalına haqq qazandırmaq məqsədlərinə xidmət edir!"