Şahin Mustafayev bu gün Tehrana gələcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i383355-Şahin_mustafayev_bu_gün_tehrana_gələcək
Azərbaycan Respublikasının baş nazirinin müavini bu gün bir heyətə başçılıq edərək İrana gələcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 21, 2021 08:44 Asia/Baku
  • Şahin Mustafayev bu gün Tehrana gələcək

Azərbaycan Respublikasının baş nazirinin müavini bu gün bir heyətə başçılıq edərək İrana gələcək.

SəhərAzəri-nin AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən,Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Məlumatda deyilir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.