Noy 26, 2021 12:26 Asia/Baku
  • Nəzarətdən kənarda qalan ərazilərdə vəziyyət ürəkaçan deyil

Sabiq təhlükəsizlik zabiti Azərbaycan Respublikasının nəzarətindən kənarda qalan ərazisindəki vəziyyət barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, İlham İsmayıl bildirib: "Qarabağın nəzarət etmədiyimiz ərazisində vəziyyət heç də ürəkaçan deyil və yaxın perspektivdə yaxşılaşmasına doğru real olaraq müsbət tendensiya müşahidə olunmur.

Onun sözlərinə görə, daxildəki separatçı rejimin liderləri əhali arasında heç vaxt Azərbaycanın tərkibində heç bir statusa razı olmayacaqlarını təbliğ edirlər. Rusiya Xocalıda, məhz Xocalıda kilsə tikib büstlər qoymaqla bu yerlərə uzun müddətə gəldiyinin hər iki tərəfə mesajını verir.  Ermənistan silahlı qüvvələri əraziyə nəzarət edir və müdafiə naziri rahat şəkildə Azərbaycan ərazisinə gələ bilir. Laçın dəhlizi istiqamətindəki dövlət sərhədinə Azərbaycan nəzarət edə bilmir. Yeni dəhlizin açılması separatçı rejimin ömrünü daha da uzatmağa hesablanıb. Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında paralellik aparmaq isə zərərli nəticələrə gətirib çıxarır. Azərbaycan Zəngəzur dəhlizi vasitəsi ilə öz torpağına-Naxçıvana gedir, amma Ermənistan Laçın dəhlizi vasitəsi ilə özgə torpağına daxil olur. Bunlar fərqli məsələlərdir.

Teqlər