Dek 01, 2021 14:22 Asia/Baku
  • Zibeydə Cəlal və İlham Əliyev
    Zibeydə Cəlal və İlham Əliyev

Pakistanın müdafiə sənayesi və məhsulları naziri Azərbaycan Respublikasına rəsmi səfəri zamanı bu ölkənin prezidenti İlham Əliyevlə görüşüb,/ onunla hərbi, təhlükəsizlik və müdafiə sahələrində ikitərəfli əməkdaşlıqlar ətrafında söhbət edib.

SəhərAzəri-nin məlumatına əsasən,Zibeydə Cəlal bu gün Bakıda Əliyevdən əlavə, Azərbaycan Respublikasının iqtisadiyyat və müdafiə sənayesi nazirlərilə də görüşlər keçirib.

Tərəflər bu görüşlərdə İslamabad-Bakı həmkarlıqları ilə bağlı son olaylar, regionda bir-birilərinin mövqelərini himayə, müdafiə, təhlükəsizlik, hərbi və iqtisadi sahələr xüsusiyyət təşkil etməklə müxtəlif sahələrdə münasibətlərin gücləndirilməsi məsələlərini araşdırıblar.

Pakistanın müdafiə sənayesi və məhsulları naziri bildirib ki, bu ölkənin baş naziri İmranxanın başçılığı altında Pakistanın iqtisadi və regional əlaqələrinin genişləndirilməsi siyasətinin perspektivinə əsasən, Azərbaycan Respublikası ilə ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya daha da gücləndiriləcək.

Azərbaycan Respublikası prezidenti EKO iqtisadi əməkdaşlıq təşkilatının sammitinin kənarında Pakistanın preizdenti Arif Ələvi ilə son görüşünü xatırladıb. Bildirib ki, Bakı İslamabadla hərbi, müdafiə, ticari və iqtisadi əməkdaşlıqlarını genişləndirmək əzmindədir.

Pakistan SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasının istiqlaliyyətini rəsmən tanıyan ilk ölkələrdən biridir.

İki ölkə müxtəlif siyasi və iqtisadi sahələrdə, eləcə də müdafiə sənayesi sahəsində həmkarlıq edirlər və rəsmi Bakı Pakistandan hərbi sursatlar almağa maraqlıdır.

 

Teqlər