Sabiq siyasi məhbusla həmrəylik;
Tofiq Yaqublunun döyülməsi ictimai qınağa tuş gəlib
Sabiq siyasi məhbusun döyülməsi Azərbaycan cəmiyyətində kəskin tənqidlərlə qarşılanıb.
SəhərAzəri-nin məlumatına əsasən, dekbarın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi ictimai siyasi fəallar, hüquq müdafiəçiləri, partiya rəhbərləri, jurnalistlər, siyasətçilər tərəfindən tənqidlə qarşılanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli siyasi fəalın döyülməsinin sifarişçisinin birbaşa ölkə başçısı olduğunu iddia edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə Tofiq Yaqublunu döyənlərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edib.
Hüquq müdafiəçisi Anar Məmmədli də Tofiq Yaqublunun döyülməsini tənqid edib, baş verənləri mənfur əməl kimi xarakterizə edib.
Milli Şuranın sədri Cəmil Həsənli də bildirib ki, Tofiq Yaqublunun bu fotosu 18 il ərzində qurulmiş "hüquq sistemi" və "hüquqi dövlətin" gerçək sifətidir!