Azərbaycanda əhalinin məişəti yaxşılaşacaqmı?
https://azeri.sahartv.ir/news/azərbaycan-i383823-azərbaycanda_əhalinin_məişəti_yaxşılaşacaqmı
Azərbaycan Respublikasında gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2021 08:55 Asia/Baku
  • Azərbaycanda əhalinin məişəti yaxşılaşacaqmı?

Azərbaycan Respublikasında gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub.

SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib ki, gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Tarif Şurasının qaz və işığın qiymətinə düzəliş etməsi daha doğrusu onu bahalaşdırması, eyni zamanda dövlət rüsumlarının artırılması fonunda parlamentdə qəbul olunmuş qərarın insanların güzəranını müsbətə doğru dəyişəcəyi şübhə altındadır.