Rusiya Xankəndinə yardımlarını davam etdirir
https://azeri.sahartv.ir/news/azərbaycan-i383838-rusiya_xankəndinə_yardımlarını_davam_etdirir
Azərbaycan Respublikası ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri erməni sakinlərə yardımlarını davam etdirirlər. Sülhməramlılar Xankəndidə 9 ton yardım paylayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 07, 2021 10:31 Asia/Baku
  • Rusiya Xankəndinə yardımlarını davam etdirir

Azərbaycan Respublikası ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri erməni sakinlərə yardımlarını davam etdirirlər. Sülhməramlılar Xankəndidə 9 ton yardım paylayıb.

SəhərAzəri-nin məlumatına görə,Rusiya Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlıları Xankəndidə yaşayan ermənilərə 9 tondan çox humanitar yardım ediblər.

Məlumata görə, humanitar yük Moskva vilayətindəki xeyriyyə təşkilatları tərəfindən toplanaraq Rusiya Müdafiə Nazirliyinin İl-76 hərbi-nəqliyyat təyyarəsi ilə göndərilib.