Dek 12, 2021 13:48 Asia/Baku
  • C.Bayramov: Xəritələrin dəqiqlik faizi çox aşağıdır

Azərbaycan Respublikasının xarici işlər naziri jurnalistlərə açıqlamasında bildirib ki, indiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov deyib: Həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir.

Onun sözlərinə görə, Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını almaq mümkün olacaqdır.

 Bu arada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov keçən il noyabr ayından bu günə qədər 20 min hektara yaxın ərazinin minalardan təmizləndiyini bəyan edib.

O qeyd edib ki, ən çox minalarla çirkləndirilmiş ərazi Füzuli, Ağdam, Tərtər rayonlarıdır. Ermənilər həmin yerlərdə sıx və tələ minalar basdırıblar.

Dövlət agentliyinin rəhbəri vurğulayıb ki, ümumiyyətlə, minalardan çirklənmə həcminə görə Azərbaycan dünyada ilk yerlərdədir. Düşmən əsasən ikiqat minalardan, tələ məftillərdən istifadə etməklə minalar qoyub.

 

Teqlər