Dek 15, 2021 18:39 Asia/Baku
  • “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinə etiraz

Azərbaycan Respublikasında onlarla jurnalist, media mənsubu, siyasi fəal, ziyalı və ictimaiyyət xadimi “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı açıq müraciət ediblər.

SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə,Turan İnformasiya Agentliyinin yaydığı müraciətdə deyilir:

Biz - bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məh­dud­laş­dırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gün­də­likdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı, Xural TV-nin təsisçisi Əvəz Zeynallı və Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquqşünas Rəsul Cəfərovon da yer aldığı Hüquqşunas, jurnalist və media mənsublarından ibarət 36 nəfərlik siyahını imzalayanlara görə, Təklif, informasiyaların məzmununa yayğın və geniş məhdudiyyətlər müəyyən edir, ifadə və media azadlığına Azərbaycan Konstitusiyasında, beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha geniş müdaxilə imkanları yaradır. 

Teqlər