Dek 19, 2021 13:46 Asia/Baku
  • 133 kv km ərazi minalardan təmizlənib, nəqədər ərazi qalır?

Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayaraq Azad olunmuş ərazilərdə dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazinin təmizlənilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin məlumatında deyilir: ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib.

Landmine Monitor Report nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. İkinci Qarabağ müharibəsindən ötən son 1 il ərzində 133 kv km ərazi minalardan təmizlənibsə demək Minimum 220 kv km və maksimum 700 kv km minalanmış ərazi mövcuddur və bu ərazilərin minalardan təmizlənilməsi təxminən 1.5-5 il vaxt tələb edəcək.

Azərbaycan Respublikası erməni hərbi diversantların qarşılığında minalanmış ərazilərin xəritəsini alsa da müvafiq rəsmilərin dediklərinə görə bu xəritələrin dəqiqliyi ən nikbin halda 20 faiz təşkil edir.

Teqlər