Fransa Senatında Qarabağla bağlı maarifləndirmə qrupu yaradıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i384253-fransa_senatında_qarabağla_bağlı_maarifləndirmə_qrupu_yaradıldı
Fransa Senatında Qarabağla bağlı beynəlxalq maarifləndirmə qrupu yaradılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2021 06:24 Asia/Baku
  • Fransa Senatında Qarabağla bağlı maarifləndirmə qrupu yaradıldı

Fransa Senatında Qarabağla bağlı beynəlxalq maarifləndirmə qrupu yaradılıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə qondarma "Dağlıq Qarabağ Respublikası"nın ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan öz Facebook səhifəsində yazıb.

Qondarma rejimin dırnaqarası naziri bildirib: “Mən noyabrda Fransaya səfəri zamanı Senat çoxluğunun lideri Bruno Retayo ilə bu ideya barədə danışmışam. Senatora Artsax Respublikasının tanınması haqqında qətnamənin təşəbbüskarı olduğuna görə təşəkkür etdim və senatda Artsax üzrə rəsmi qrup yaradılmasını təklif etdim."

Bunun ardınca senator Bruno Retayo tviterdə  belə bir qrupun artıq mövcud olduğunu yazıb.

Xatırladaq ki, separatçı rejimin Fransada Daimi Nümayəndəliyi fəaliyyət göstərir.