Dek 27, 2021 13:40 Asia/Baku
  • Yeni yol xəritəsi hazırlanacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında İranın xarici işlər nazirinin son Bakı səfəri və əldə olunmuş razılaşmalardan danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov İran XİN başçısınin Azərbaycana ilk rəsmi səfərindən öncə onula üç dəfə görüşüdüyünü xatırladıb: “Sirr deyil ki, bir müddət əvvəl iki ölkə arasında gərginlik, müəyyən anlaşılmazlıqlar oldu, lakin bu, qısa müddət ərzində aradan qalxdı. Aşqabadda İran və Azərbaycan dövlət başçıların səmimi görüşü oldu, geniş spektirli məsələlər müzakirə olundu. Bakı görüşündə siyasi məsləhətləşmələrin ən azı 6 aydan bir keçirilməsi barədə razılıq əldə olundu.”,-deyə Ceyhun Bayramov bildirib.

İran və Azərbaycan XİN sözçüləri arasında kommunikasiya yaradılması barədə razılıq əldə olunduğunu xatırladan nazir iqtisadi layihələr və onların reallaşması barədə fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.  

Cayhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakı səfərində Astara çayı üzərində avtomobil və piyada körpüsünün tikintisi, Rusiya-Azərbaycan-İran dəhlizi ilə bağlı işlərin intensivləşdirilməsi, enerji sistemlərinin inteqrasiyası və s. Həmçinin yeni layihələr - Türkmənistan qazının İran üzərindən nəqli, İran-Azərbaycan-Gürcüstan dəhlizi üzrə işlərin sürətləndirilməsinin müzakirə olunduğunu deyib.

XİN başçısı qeyd edib ki, yaxın zamanlarda Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçiriləcək və yeni yol xəritəsi hazırlanacaq ki, bu da ölkələr üçün vacibdir.

Teqlər