Sülhməramlılar Qarabağda çaldıracaqlar
Dek 29, 2021 14:40 Asia/Baku
Rusiyanın Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının artistləri Qarabağa gəliblər.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Müdafiə Nazirliyi Azərbaycan Respublikasının nəzarətində olmayan ərazilərdə fəaliyyət göstərən Rusiya sülhməramlıları eləcə də yerli sakinləri yeni milad ili münasibət ilə təbrik etmək və onları əyləndirmək üçün Rusiyanın Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının Qarabağa gəlməsindən xəbər verib.
Məlumatda deyilir ki, Ansambl kollektivi bayram ərəfəsində Qarabağdakı bütün 27 müşahidə məntəqəsində rus sülhməramlıları, Əsgəran, Xocavənd və Ağdərə rayon sakinləri üçün konsert verəcək, həmçinin Xankəndi internat məktəbində humanitar aksiya çərçivəsində çıxış edəcəklər.