Yan 06, 2022 12:34 Asia/Baku
  •  “Media haqqında” təklif olunan qanundan narahatıq”

ABŞ Dövlət Departamentinin sözçüsü “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə edib.

SəhərAzəri-nin məlumatına əsasən,Dövlət Departamentinin sözçüsü TURAN-ın sorğusuna cavab olaraq deyib: “Biz narahatıq ki, Azərbaycan parlamenti "Media haqqında" təklif olunan qanunun ratifikasiya edilməsi üçün Prezident Administrasiyasına göndərilməsində tələsib”.

“Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların rəylərini diqqətlə nəzərdən keçirəcək”, - sözçü əlavə edib. “Biz məsələni yaxından izləməyə davam edəcəyik”.

Bir çox siyasi analitiklərin fikrincə söz azadlığı və demokratik prinsiplər kimi mövzulardan öz tamahkar niyyətlərini yerinə yetirmək üçün təzyiq vasitəsi kimi istifadə edən Amerikanın özündə bu sahədə ciddi nöqsanlar mövcuddur və buna görə də, Amerika demokratiya dərsi keçmək səlahiyyətinə malik deyil.

Xatırladaq ki, media qurumları üçün verilənlər bazası yaradan və jurnalistlərin dövlət qeydiyyatına alınmasını tələb edən qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamenti tərəfindən qəbul edilib və hələ prezident tərəfindən imzalanmayıb. Yerli media və hüquq qrupları bildiriblər ki, bu qanun Azərbaycanda ifadə azadlığına geniş məhdudiyyətlər qoyma potensialına malikdir.

Teqlər