Rusiya yenidən sülhməramlılar kontingentinin komandanını dəyişdi
Qarabağdakı sülhməramlılara Volkov rəhbərlik edəcək
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin edilib. Kontingentə general-mayor Andrey Volkov rəhbərlik edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.
General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.
Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.