Yan 24, 2022 11:46 Asia/Baku
  • Sülhməramlıların humanitar aksiyaları davam edir

Azərbaycan Respublikasının erməni separatçılarının zəbt etdiyi ərazilərinə nəzarət edən Rusiya sülhməramlı kontingentinin humanitar aksiyaları davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya sülhməramlı qüvvələrinin humanitar mərkəzinin mütəxəssisləri keçmiş Ağdərə rayonunun Yayıcı  kəndində 54 uşağa 40 kq konfet və hədiyyə paylayıb.

Rus sülhməramlılarının nümayəndəsi Aleksandr Kudrin bu barədə məlumat yayaraq bildirib ki,bu həftə daha bir kənddə humanitar aksiya keçirəcək.

Qeyd edək ki, 2022-ci ilin ilk rübündə rus sülhməramlılarının humanitar mərkəzi Qarabağdakı ermənilər üçün 30 humanitar aksiya təşkil etməyi planlaşdırır.

Teqlər