Azərbaycan Respublikasının müdafiə nazirinin İrana səfəri başlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i385401-azərbaycan_respublikasının_müdafiə_nazirinin_İrana_səfəri_başlanıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri başlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 25, 2022 08:07 Asia/Baku
  • Azərbaycan Respublikasının müdafiə nazirinin İrana səfəri başlanıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri başlayıb.

SəhərAzəri-nin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

Məlumatda əlavə olaraq bildirilir ki, müdafiə naziri general-polkovnik Z. Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.