İranlı nazirin İlham Əliyev ilə görüşündə
İranlı şirkətlərin abadlıq layihələrində iştirakına təkid edilib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri SəhərAzəri Telekanalının Bakı müxbirinə verdiyi müsahibədə prezident İlham Əliyev ilə görüşü eləcə də apardığı digər müzakirələrdə toxunulan mövzuları açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Rüstəm Qasimi qeyd edib ki, Azərbaycan Respublikası rəsmiləri ilə iki ölkə arasında Yol və nəqliyyat, xüsusiylə şosse nəqliyyatı, tariflər, gediş-gəliş üçün mövcud olan maksimum potensial, müştərək sənaye obyektlərinin yaradılması və hər iki ölkəni maraqlandıran digər mövzuları müzakirə olunub.
İranın yol və şəhərsalma naziri Azərbaycan Respublikası prezidenti ilə görüşündə iranlı şirkətlrəin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iri abadlıq layihələrində iştirakının cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib: “Cənab prezidentin də diqqət mərkəzində duran Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında bərpa əməliyyatlarında İran şirkətlərinin iştirakı mövzusu müzakirə edildi. Bu gün Azərbaycan Respublikası dövləti tərəfindən nəzərdə tutulan iri layihələrdə iranlı şirkətlərin iştirakı həm Azərbaycan Respublikası dövləti və xalqı, həm də bizim ölkə üçün faydalı olacaqdır."
Rüstəm Qasimi əlaqələrin mövcud səviyyəsinin iki ölkəni qane etməməsinə diqqət çəkərək deyib: “Mən cənab prezidentlə görüşümdə də dedim ki, İran ilə Azərbaycan Respublikası arasında uzunmüddətli əlaqələr mövcuddur ancaq İranı da Azərbaycanı da ticarət və iqtisadi sahələrdə əməkdaşlıqların indiki səviyyəsi qane etmir."
İranlı nazir əlavə olaraq bildirib: “Bu məsuliyyət bizim üzərimizə düşür ki, müştərək Əməkdaşlıq Komissiyasının iclasları çərçivəsində və bu gün aparacağımız müzakirələrdə ticarət və iqtisadi əməkdaşlıqların səviyyəsinin artırılmasını təmin edək.”