Yan 26, 2022 14:16 Asia/Baku
  • Astaraçay üzərində yeni körpünün təməlqoyma mərasimi keçirilib +VİDEO

Yanvarın 25-də Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən,tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Yanvarın 24-də Azərbaycan Respublikasına rəsmi səfərinə başlayan Rüstəm Qasimi, Şahin Mustafayev ilə birlikdə Azərbaycan Respublikası tərəfdən Astara gömrüyünə daxil olublar və oradan gömrüyün İran tərəfinə keçiblər.

İran tərəfdə qonaqları yerli rəsmilər və gömrük rəhbərliyi qarşılayıb.

İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin də iştirak etdiyi təməlqoyma mərasimində İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Astaraçay körpüsünün təməlqoyma əməliyyatının birgə açılışını ediblər.

Körpünün texniki cəhətləri barədə dövlət rəsmilərinə məlumat verilib.

Təməlqoyma mərasimindən sonra İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev müxbirlərə açıqlama veriblər.

İranlı nazir Rüstəm Qasimi layihənin müştərək formada icra edildiyini xatırladaraq deyib: “1 ilədək istifadəyə veriləcək uzunluğu 100 eni isə 30 metrdən ibarət olan bu körpünun inşası İran ilə Azərbaycan və Rusiya, eləcə də bu istiqamətdə yerləşən digər ölkələr arasında transit həcmini gözə çarpacaq dərəcədə artıracaq və iki ölkə üçün böyük fayda verəcək.”

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev isə müxbirlərə verdiyi açıqlamada şimal-cənub dəhlizinə böyük tələbatın mövcud olduğunu xatırladaraq deyib: Azərbaycan Respublikası Rusiya sərhəddində də tranzitin genişləndirilməsi üçün lazımı bərpa işləri aparır.

Azərbaycanlı rəsmi onu da bildirib ki, İran ilə Azərbaycan Respublikası arasında pandemiya şəraitinə rəğmən ticarətin həcmi 30 faiz artmışdır və bundan sonra daha da artırılmalıdır.   


Sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

 

 

 

Teqlər