Azərbaycan hərbçisinə aid 396 meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i385444-azərbaycan_hərbçisinə_aid_396_meyit_qalığı_işğaldan_azad_edilmiş_ərazidən_tapılaraq_götürülüb
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, 10 noyabr bəyanatından indiyədək Azərbaycan hərbçisinə aid 396 meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 26, 2022 11:22 Asia/Baku
  • Azərbaycan hərbçisinə aid 396 meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, 10 noyabr bəyanatından indiyədək Azərbaycan hərbçisinə aid 396 meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb

SəhərAzəri-nin məlumatına əsasən,İ.Axundov bu əməliyyatın Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçdiyini bildirib: “Tərəflər işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib”, deyə dövlət rəsmisi bildirib.

İ.Axundov deyib ki, prosesdən keçən müddət ərzində 396 Azərbaycan hərbçisinə aid meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb. Tapılmış meyit qalıqları Hərbi Prokurorluğun nəzarəti ilə Daxili İşlər Nazirliyinin (DİN) və Səhiyyə Nazirliyinin aidiyyəti laboratoriyalarında eyniləşdirilərək ailələrinə təhvil verilib və dəfn edilib.