Yan 30, 2022 13:41 Asia/Baku
  • “Rusiya istəsə, ermənilər Azərbaycan tərəfə bir dəfə də atəş açmaz”

Azərbaycanlı hərbi ekspert məhz rusiyalı sülhməramlıların yaşıl işığı sayəsində ermənilərin təxribat törətdiklərini deyir.

SəhərAzəri-nin məlumatına əsasən, ehtiyatda olan polkovnik Şair Ramaldanov iddia edib ki, Rusiyanın regionda Azərbaycana qarşı mövqeyi səmimi deyil. Bu təxribatları azad olunmuş ərazilərdə yerləşən Rusiya sülhməramlı qüvvələrin müəyyən bir fəaliyyəti, yaxud fəaliyyətsizliyi ilə qiymətləndirmək olar.

O sonra deyib: “Biz sərhədlərin delimitasiya-demarkasiya məsələsini həll etməyəcəyik, nə qədər ki, sülh müqaviləsi imzalanmayacaq, belə təxribatlar olacaq. Əgər sadaladığım addımlar müharibə başa çatandan sonrakı 1 il 3 ay ərzində də atılmırsa, demək təxribatlar üçün yer saxlanılır. Bu təxribatlarda həm Ermənistanın içərisində olan maraqlı qüvvələr var, həm xaricdə.”

Hərbi ekspertin sözlərinə görə, Rusiya istəsə, erməni tərəfi Azərbaycan tərəfə bir dəfə də atəş açmaz, bu, hamıya aydındır. Əgər atəş açılırsa, deməli, Rusiyada da bu məsələdə maraqlı olan qüvvələr var. Əgər bu gün Rusiyanın dövlət rəhbərləri dilinə Xankəndi sözünü gətirmirsə və bu şəhəri “Stepanakert” adlandırırlarsa, həmçinin digər adlarımızla eyni mövqedən çıxış edirlərsə, demək, çox ziddiyyətli, hörmətsiz yanaşma sərgiləməklə düzgün olmayan mövqe sərgiləyirlər. Rusiyada Qarabağla bağlı olan bütün xəritələr, bütün məlumatlar hələ də Azərbaycanın səsləndirdiyi kimi yox, ermənilərin səsləndirdiyi kimi əks olunur.

Teqlər