Fev 05, 2022 12:24 Asia/Baku
  • Qüdrət Həsənquliyev: “Əslində biz Rusiyanı yox, Rusiya bizi Qarabağa buraxdı”

Azərbaycan Milli Məclisinin üzvü etiraf edib ki, Qarabağın işğaldan azad edilməsinə məhz Rusiya icazə veribdir.

SəhərAzəri-nin məlumatına əsasən, deptat Qüdrət Həsənquliyev Müsavat TV-nin efirində deyib: “Deyirlər ki, niyə Rusiyanı Qarabağa buraxdıq, əslində isə biz Rusiyanı Qarabağa buraxmadıq, Rusiya bizi Qarabağa buraxdı və özü bir hissəsini nəzarətdə saxlayıb.”

Həsənquliyev sonra Rusiyanı düşmən kimi qələmə verənlərə səslənib. “Nə dərəcədə məntiqlidir ki, bir ölkənin əsgərlərini buraxırsan ölkənə, sonra da onu düşmən elan edəsən? Bu, hansı məntiqə sığır?”, - deyə millət vəkili qeyd edib.

Ən real təhlillərə görə, Rusiya 2020-ci ildə Cənubi Qafqazla bağlı stategiyasını korrektə edərək Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etməsinə ən azı göz yumdu, bunun əvəzində həm Azərbaycan ərazisində öz hərbi kontingentini yerləşdirməyə nail oldu, həm də bütün bölgəyə dominantlığını təmin etdi. Bunun nəticəsi olaraq Putin Rusiyası orada gedən bütün proseslərə o cümlədən də Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçiliyi öz inhisarına almağa imkan tapıb. Rusiya həmçinin cənub cinahından Qərb və NATO-nun bu ölkəyə qarşı hansısa təhdidlər yaratmayacağına əmin oldu.

 

Teqlər