Fev 14, 2022 11:37 Asia/Baku
  • İlham Əliyev: Qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyü tanınmalıdır

Azərbaycan Respublikasının prezidenti Ermənistanla sülh müqaviləsinin imzalanmasının şərtlərini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib: “Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır.”

Prezident həmçinin Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib ki, ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!", -deyə dövlət başçısı bildirib.

Teqlər